“Dünyadakı bütün dostlarına” müraciət edən Rza Pəhləvi İranın hazırkı sistemdə qlobal imicinin “terrorizm, ekstremizm və yoxsulluq”la formalaşdığını bildirib. O, “azad İran”ın əksinə, regionda sabitləşdirici gücə və beynəlxalq səhnədə məsuliyyətli tərəfdaşa çevriləcəyini iddia edib.
“Təhlükəsizlik və xarici siyasət sahələrində İranın hərbi nüvə proqramına son qoyulacaq. Terror qruplarına dəstək dərhal dayandırılacaq. Azad İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və ekstremist islamçılığa qarşı mübarizədə regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək”, - şahzadə yazıb.
|
| İran-İsrail: pərdəarxası danışıqlar |
- Biz İbrahim razılaşmalarını azad İran, İsrail və ərəb dünyasını birləşdirən “Kir razılaşması”na qədər genişləndirməyə çalışacağıq. Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni dövr başlayacaq”, - Rza Pəhləvi vəd edib.
İqtisadiyyatdan danışan vəliəhd şahzadə İranın ticarət, investisiya və innovasiyalara açıq olacağını vurğulayaraq, ölkəni dünyanın ən böyük istifadə olunmamış bazarlarından biri kimi səciyyələndirib. O, həmçinin bildirib ki, gələcək İran etibarlı qlobal enerji təchizatçısı olmaq və şəffaflıq və idarəetmənin beynəlxalq standartlarını tətbiq etmək üçün çalışacaq.
Beynəlxalq ictimaiyyəti İran xalqını dəstəkləməyə çağıran Rza Pəhləvi “Azad İranın sülh, rifah və tərəfdaşlıq üçün güc olacağını” deyib.
Xatırladaq ki, bundan əvvəl mənbələrə istinad edən “The Washington Post (WP)” nəşri ötən il dekabrın sonunda, kütləvi etirazların başlamasına bir neçə gün qalmış İsrail Rusiyanın vasitəçiliyi ilə İranla əlaqə saxladığını yazıb. Qəzetin məlumatına görə, İsrail İrana birinci hücum etməyəcəyi vədini verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


